Rayonlara qar yağır - Faktiki hava

22:16 08.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, martın 8-i saat 21:00-a verdiyi məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Tovuz, Zaqatala, Şəki, Quba, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda qar, Nabran, Biləsuvar, Neftçala, Hacıqabul, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan, Yevlax, Göyçay, Mingəçevir, Ağsu,Şəmkir, Naxçıvan, Naftalanda yağış yağıb.